» » VI Yay seminarı

International  Budo  Organization  Seibukai    Azerbaijan

Xəbər haqqında
  • Baxış sayı: 2035
  • Müəllif: admin
  • Tarix: 25-05-2014, 10:08
25-05-2014, 10:08

VI Yay seminarı

Kateqoriya: Xəbərlər

Seibukai Kontakt Karate növü üzrə VI yay seminarı 

VI Yay seminarı

 

   
      Seibukai Kontakt Karate İdman klubu, Seibukai Kontakt Karate ilə məşğul olan karateçilər
üçün VI yay seminarı keçirtmişdir. Seminarın keçirilməsində məqsəd, Seibukai Kontakt Karateni inkişaf etdirmək, yeniyetmə və gənclərimizi idmana cəlb etməklə yanaşı onların sağlam ruhda inkişaf etmələrinə təkan vermək olmuşdur. Bu məqsədlə karateçilərimizə Seibukai Kontakt Karatenin ümumi texniki üsulların tətbiqi, kataların açılışları (bunkayları) və fəlsəfəsi barəsində məlumatlar verməklə yanaşı, bu texnikaların eyni formada məşq etmələri, fiziki hazırlıqları yoxlanmışdır. Seminarda Zirə Olimpiya İdman Kompleksi, Binə İdman zalı, Pirşağı-Kürdəxanı idman zalı, Maştağa Olimpiya İdman Mərkəzin idmançıları da iştirak etməklə yanaşı, bütövlükdə 85 karateçi iştirak etmişdir.

Hörmətli ziyarətçi, Siz saytda qeydiyyatdan keçməmisiz.
Zəhmət olmasa qeydiyyatdan keçin.