Ana səhifə > Uğurlarımız > 2-ci Bakı şəhər açıq kuboku

2-ci Bakı şəhər açıq kuboku


17-11-2017, 12:39. Müəllif: admin

2-ci Bakı şəhər açıq kuboku

 

 

 

9 noyabr - Dövlət Bayrağı gününə həsr olunmuş Seibukai Kontakt karate növü üzrə yarış keçirilmişdir

5 noyabr 2017-ci il tarixdə Balaxanı İdman Mərkəzində "9 noyabr – Dövlət Bayrağı günü”nə həsr olunmuş seibukai kontakt karate üzrə Bakı şəhər açıq kuboku keçirilmişdir. Yarışın rəsmi açılış mərasimində dövlət himni səsləndikdən sonra seibukai kontakt karate idman klubunun prezidenti Elçin Həşimov və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov iştirakçıları salamlamış, onları "9 noyabr – Dövlət Bayrağı günü” münasibətilə təbrik etmiş, idmançılara müvəffəqiyyətlər arzulamışlar. Müxtəlif yaş qruplarına uyğun 24 çəki dərəcəsi üzrə keçirilən yarışda Bakıda fəaliyyət göstərən Maştağa OİK, Şağan OİK, Zirə Olimpiya Kompleksi, Pirşağı – Kürdəxanı İdman Zalı, Binə İdman Zalı, Aslan İK ilə yanaşı Quba və Xaçmaz rayonlarını da təmsil edən 150-dən artıq idmançı iştirak etmişdir. Hər bir çəki dərəcəsi üzrə qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar, medallar və kubokla təltif olunmuşlar. Komanda  Üzrə Maştağa Olimpiya İdman Mərkəzi  1-ci yerə, Aslan idman klubu  2-ci yerə, Binə idman kompleksi 3-ci yerə layiq görülmüşlər.
Qalibləri təbrik edirik!

 

 

 


Geri